​Bakıda mənzildəki 190 min dollardan 150 mini oğurlanıb

​Bakıda mənzildəki 190 min dollardan 150 mini oğurlanıb Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsində araşdırma aparılır
Hadisə
18 Fevral , 2016 09:47
​Bakıda mənzildəki 190 min dollardan 150 mini oğurlanıb

Bakı. 18 fevral. REPORT.AZ/ Bakıda mənzildən külli məbləğdə pul oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, Rəşid Behbudov küçəsi ev 142-də yaşayan Rusiya Federasiyasının vətəndaşı Bəhman Niyazi oğlu Səmədovun evində olan 190 min ABŞ dollarının 150 min dolları naməlum şəraitdə oğurlanıb. Oğru (və ya oğrular) mənzildəki 40 min dolları saxlayaraq gedib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi