Bakıda mənzildə iki qadın meyiti tapılıb

Bakıda mənzildə iki qadın meyiti tapılıb Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivində iki nəfərin mənzildə köməksiz vəziyyətdə qalmasına əsaslı şübhələr yarandığından, giriş qapısının açılmasına köməklik göstərilməsi üçü
Hadisə
24 Sentyabr , 2020 20:39
Bakıda mənzildə iki qadın meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivində iki nəfərin mənzildə köməksiz vəziyyətdə qalmasına əsaslı şübhələr yarandığından giriş qapısının açılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən "Report"a verilən məlumata görə, müraciətlə əlaqədar həmin ünvana cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin ediblər.

Xilasedicilər polis əməkdaşları ilə birgə mənzilə baxış keçirən zaman orada iki qadın meyiti aşkar ediblər.

Hər iki meyit aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi