Bakıda mənzildə bir nəfərin meyiti tapılıb

Bakıda mənzildə bir nəfərin meyiti tapılıb Nəsimi rayonunda mənzildə 1 nəfərin meyiti aşkarlanıb.
Hadisə
31 May , 2023 04:14
Bakıda mənzildə bir nəfərin meyiti tapılıb

Nəsimi rayonunda mənzildə 1 nəfərin meyiti aşkarlanıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi