Yuxarı

​Bakıda mənzildə bağlı qapı arxasında qalan şəxs xilas edilib

Hadisə yerinə xilasedicilər cəlb olunub

Bakı. 8 mart. REPORT.AZ/ Bakının Nizami rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilin giriş qapısını açıb. Mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi