Bakıda mənzildə 74 yaşlı qadının cəsədi aşkarlanıb

Bakıda mənzildə 74 yaşlı qadının cəsədi aşkarlanıb Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakıda mənzildə qadın meyiti aşkarlanıb.
Hadisə
11 Sentyabr , 2018 04:49
Bakıda mənzildə 74 yaşlı qadının cəsədi aşkarlanıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakıda mənzildə qadın meyiti aşkarlanıb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1944-cü il təvəllüdlü Lyudmila Arxintova Yevgeninkanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Son xəbərlər

Orphus sistemi