Bakıda 18 yaşlı gənci cərəyan vuraraq öldürüb, araşdırma aparılır - YENİLƏNİB
- 30 iyul, 2024
- 10:44
Bakıda 18 yaşlı oğlanın elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə araşdırma aparılır.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, iyulun 29-da paytaxtın Xətai rayonu ərazisində 2006-cı il təvəllüdlü Elmir Qəhrəmanovun 245 saylı orta məktəbin həyətinə hasardan daxil olmaq istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.
10:41
Bakıda 18 yaşlı gənci elektrik cərəyanı vurub.
"Report"un əldə etdiyi xəbərə görə, hadisə Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin həyətində qeydə alınıb.
Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Elmir Bəhruz oğlu Qəhrəmanov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Həmin təhsil müəssisəsindən isə "Report"a bildirilib ki, iyulun 29-da saat 20:40 radələrində məktəbin yaxınlığında təxminən 17-18 yaşlı gənci elektrik cərəyanı vurub: "Məktəbin gözətçisi kənardan gələn səs-küyə küçəyə çıxaraq hadisənin şahidi olub və dərhal təcili tibbi yardıma müraciət edib. Həmin gənc məktəbin şagird kontingentinə daxil deyil və bununla bağlı yayılan məlumatlar yanlışdır".