Bakıda məktəbəhazırlıq məşğələlərinə cəlb olunan uşaqların sayı açıqlandı

Bakıda məktəbəhazırlıq məşğələlərinə cəlb olunan uşaqların sayı açıqlandı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib.
Hadisə
12 İyun , 2020 11:18
Bakıda məktəbəhazırlıq məşğələlərinə cəlb olunan uşaqların sayı açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. 

İdarədən "Report"a verilən məlumata görə, həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında 25 832 uşaq məşğələlərə cəlb olunub. 

Bakı şəhərində tətbiq olunan məktəbəhazırlıq qruplarına elektron qeydiyyat təcrübəsi genişləndirilərək, 2019-2020-ci dərs ilindən bütün ölkəni əhatə edib.

Son xəbərlər

Orphus sistemi