Bakı. 6 noyabr. REPORT.AZ/ Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov "Report"a açıqlamasında 51 saylı orta məktəbdə yanğın deyil, sadəcə qısaqapanma nəticəsində tüstülənmə olduğunu deyib: "Şagird və müəllim kollektivi təxliyyə olunub".
***
Bakının Səbail rayonunda məktəb binasında yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə Səbail rayonu 20-ci sahə kimi tanınan ərazidə Ömər Faiq Nemanzadə küçəsində yerləşən 51 saylı otra məktəbdə olub.
Hazırda hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub. Hadisənin qarşısının alınması istiqamətində iş aparılır.