Bakıda məişət və təkər tullantıları yanıb

Bakıda məişət və təkər tullantıları yanıb Bakıda yanğın hadisəsi olub.
Hadisə
3 Dekabr , 2021 16:13
Bakıda məişət və təkər tullantıları yanıb
0 : 00
0 : 00

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən "Report"a bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, yol kənarında təqribən 40 kv.m sahədə məişət və təkər tullantıları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

15.51

Bakıda yanğın hadisəsi olub.

“Report”un xəbərinə görə, hadisə Nizami rayonu ərazsində qeydə alınıb.

Belə ki, ərazidə məişət tullantıları yanır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb edilib.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi