Yuxarı

Bakıda məişət texnikası satan şirkətlərdən külli miqdarda oğurluq olub

Anbardan televizorlar, kondisonerlər, soyuducular və digər elektron məişət avadanlıqları oğurlayıblar

Bakı. 9 noyabr. REPORT.AZ/ Bakıda məişət texnikasının satışı ilə məşğul olan şirkətlərdən külli miqdarda oğurluq olub. 

"Report"un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda, Dərnəgül qəsəbəsində yerləşən "Kontakt" və "Eurolux" şirkətlərinin anbarlarında qeydə alınıb. 

Belə ki, naməlum şəxs və ya şəxslər ayrı-ayrı vaxtlarda anbardan televizorlar, kondisonerlər, soyuducular və digər məişət texnikalarını oğurlayıblar. 

Məlumatda adıçəkilən şirkətlərə ümumilikdə 50 min manata yaxın ziyan dəydiyi bildirilir. 

Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib, müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi