Bakıda məhbusa kolbasanın içində telefon ötürmək cəhdinin qarşısı alınıb

Bakıda məhbusa kolbasanın içində telefon ötürmək cəhdinin qarşısı alınıb Faktla bağlı araşdırma aparılır
Hadisə
17 Noyabr , 2014 17:46
Bakıda məhbusa kolbasanın içində telefon ötürmək cəhdinin qarşısı alınıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Bakıda 3 saylı İstintaq Təcridxanasına (İT) telefon ötürmək cəhdinin qarşısı alınıb. Bu barədə "Report" Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir. Həyata keçirilən axtarış tədbirləri zamanı 3 saylı İT-də saxlanılan Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsinə əsasən həbs edilən şəxs Namiq Kərim oğlu Babayevə tanışı Ağdam şəhər sakini Çingiz Novruz oğlu Haqverdiyevin gətirdiyi sovqata baxış keçirilib. Bu zaman “SAB” kolbasasının içərisində sellofana bükülərək xüsusi üsulla gizlədilən 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd “Nar” danışıq kartı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi