Masallıda mebel fabrikindəki yanğının miqyası açıqlanıb

Masallıda mebel fabrikindəki yanğının miqyası açıqlanıb Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən mebel fabrikində yanğın olması barədə məlumat daxil olub.
Hadisə
13 Noyabr , 2021 20:18
Masallıda mebel fabrikindəki yanğının miqyası açıqlanıb

Masallı şəhərində ümumi sahəsi 450 m² olan binada mebel sexinin qurutma otağında mebel aksesuarları 8 m² sahədə və dam örtüyünün şüşə-pambıq üzlüyü 80 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

18:57

Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən mebel sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.

Əlavə məlumat veriləcək.

18:22

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən mebel fabrikində yanğın olması barədə məlumat daxil olub.

Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.

Məlumat qəbul edilən kimi FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, yanğın ikimərtəbəli binanın birinci mərtəbəsindədir. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi