Bakıda mebel anbarından oğurluq edən şəxs saxlanılıb

Bakıda mebel anbarından oğurluq edən şəxs saxlanılıb Bakı. 4 fevral. REPORT.AZ/ Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın 2018-ci il dekabr ayının 29-dan 31-dək olan müddətdə Ə.Rəcəbli küçəsindəki mebel anbarından kompüter və 5000 manat dəyərində mebel üzlüklərinin oğurlandığını bildirib.
Hadisə
1208
4 Fevral , 2019 11:40
Bakıda mebel anbarından oğurluq edən şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı. 4 fevral. REPORT.AZ/ Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın 2018-ci il dekabr ayının 29-dan 31-dək olan müddətdə Ə.Rəcəbli küçəsindəki mebel anbarından kompüter və 5000 manat dəyərində mebel üzlüklərinin oğurlandığını bildirib.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Bakı şəhər sakini R.Dadaşov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi