Yuxarı

Bakıda “Mauzer” tapançası gəzdirən şəxs saxlanılıb

Faktla bağlı araşdırma aparılır

Bakı. 6 yanvar. REPORT.AZ/ Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1978-ci il təvəllüdlü Rəşad Hüseynovdan 0,362 qram heroin, 1 ədəd nömrəsi silinmiş 7,65 mm çaplı “Mauzer” markalı tapança və ona aid 8 ədəd patron aşkar olunaraq götürülüb.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən bildirilib.

Əməliyyat-axtarış tədbirlərini Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşları həyata keçirib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi