Yuxarı
    Bağlamaq

    Bakıda maskalı şəxslər evə basqın edib

    Onlar 700 manat, 200 ABŞ dolları və qızıl zinət əşyaları götürərək qaçıblar

    Bakı. 9 yanvar. REPORT.AZ/ Bakıda maskalı şəxslər evə basqın edərək pul və qızıl-zinət əşyaları aparıblar.

    “Report”un xəbərinə görə, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib. İki maskalı şəxs qəsəbənin 1 May küçəsi ev 1-ə hasardan keçməklə evin açıq qapısından mənzilə daxil olublar.

    Evdə yaşayan 1969-cu il təvəllüdlü Sona Arif qızı Məmmədbəyovaya bıçaqla hədə-qorxu gələrək, boyun nahiyəsindən xəsarət yetiriblər. Ev sahibini ölümlə hədələyən maskalı şəxslər evdən 700 manat, 200 ABŞ dolları və qızıl zinət əşyaları götürərək qaçıblar.

    Hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi