Bakıda maskalı şəxslər avtomobilə basqın edib 10 min dollar apardı

Bakıda maskalı şəxslər avtomobilə basqın edib 10 min dollar apardı Bakıda quldurluq hadisəsi baş verib.
Hadisə
30 Aprel , 2020 11:38
Bakıda maskalı şəxslər avtomobilə basqın edib 10 min dollar apardı
0 : 00
0 : 00

Bakıda quldurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, aprelin 28-i saat 20 radələrində Bakı şəhər sakini C.Səfərovun idarə etdiyi “Renault” markalı avtomobili Bakıxanov qəsəbəsi ərazisində yaşadığı evin qarşısında saxlayarkən 2 maskalı şəxsin avtomobilə oturub ona bıçaqla ayağından xəsarət yetirərək 10 000 ABŞ dollarını cibindən götürərək getmələri barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə məlumat daxil olub

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Ə.Abduləhədov S.Şəmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi