Bakıda maşınqayırma zavodundan oğurluq edildi

Bakıda maşınqayırma zavodundan oğurluq edildi Bakıda maşınqayırma zavodunda oğurluq hadisəsi baş verib.
Hadisə
16 Aprel , 2020 10:02
Bakıda maşınqayırma zavodundan oğurluq edildi

Bakıda maşınqayırma zavodunda oğurluq hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə aprelin 13-ü saat 11:30 radələrində Binəqədi şossesində yerləşən maşınqayırma zavodunun həyətindəki sexdə baş verib.

Belə ki, naməlum şəxslər həmin sexdən 600 manat dəyərində 4 ədəd aluminium pəncərələri sökülərək oğurlayıblar.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü A.Hacıməmmədov, 1994-cü il təvəllüdlü M.Həmzətov və 1991-ci il təvəllüdlü T.Tehruzlu müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdıma aparılır.

Son xəbərlər

Orphus sistemi