Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, qəza Balaxanı yolunda qeydə alınıb.
Nəticədə 1979-cu il təvəllüdlü Əsgərov Seymur Telman oğlu xəsarət alıb. Yaralı "təcili yardım" maşını ilə xəstəxanaya çatdırılıb. Ona sağ dizi və əlinin əziyi diaqnozu qoyulub.