Bakıda maşın vuran piyadanın ayaqları sınıb

Bakıda maşın vuran piyadanın ayaqları sınıb Hadisə Ramana qəsəbəsindəki Şuşa şəhərciyidə qeydə alınıb
Hadisə
5 İyul , 2017 08:39
Bakıda maşın vuran piyadanın ayaqları sınıb
Report.az

Bakı. 5 iyul. REPORT.AZ/ Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol–nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində qeydə alınıb.

Yolu keçmək istəyən 1981-ci il təvəllüdlü Rzayev Bəhrüz Qurban oğlunu minik avtomobili vurub. O, sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlərin məlumatına görə, yaralı hər iki ayağından açıq sınıq xəsarətləri alıb. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi