Bakıda maşın piyadanı vuraraq üzərindən keçib

Bakıda maşın piyadanı vuraraq üzərindən keçib Zərərçəkmişin hər iki ayağı amputasiya edilib
Hadisə
29 Aprel , 2017 06:32
Bakıda maşın piyadanı vuraraq üzərindən keçib

Bakı. 29 aprel. REPORT.AZ/ Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Dadaşov Tərlan Məmmədağa oğlu dostları ilə kafedən çıxıb yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Avtomobil onun üzərindən keçib. Nəticədə yaralı ağır kəllə-beyin və bədən travması ilə xəstəxanaya yerləşdirilib. Onun hər iki ayağı amputasiya edilib. Vəziyyəti ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi