Bakıda maşın piyadanı vuraraq ona ağır xəsarət yetirib

Bakıda maşın piyadanı vuraraq ona ağır xəsarət yetirib Sürücü saxlanılıb
Hadisə
6 Sentyabr , 2017 06:42
Bakıda maşın piyadanı vuraraq ona ağır xəsarət yetirib
Foto: Report.az

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bakıda minik avtomobili piyadanı vuraraq ona ağır xəsarət yetirib.

"Report"un xəbərinə görə, yol-nəqliyyat hadisəsi Nizami rayonunda baş verib.

Metronun Koroğlu stansiyasının yaxınlığında yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 1976-ci il təvəllüdlü Əliyev Telman Aslan oğlunu "90-PC-386" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü vurub.

Nəticədə piyada ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətini ağır kimi qiymətləndirirlər.

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb. Onun avtomobili cərimə meydançasına yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi