Bakıda maşın işıqforun qırmızı işığında keçərək qəza törədib, 2 nəfər yaralanıb - FOTO - VİDEO

Bakıda maşın işıqforun qırmızı işığında keçərək qəza törədib, 2 nəfər yaralanıb - FOTO - VİDEO Qəzanı törədən maşın iki avtomobil ilə toqquşub
Hadisə
25 İyun , 2017 04:07
Bakıda maşın işıqforun qırmızı işığında keçərək qəza törədib, 2 nəfər yaralanıb - FOTO - VİDEO
Foto: Report.az

Bakı. 25 iyun. REPORT.AZ/ Bakının Nəsimi rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə "Audi" markalı avtomobilin Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsindəki işıqforun qırmızı işığında keçməsi nəticəsində qeydə alınıb.

Bu zaman "Audi" digər işıqforun yaşıl işığında keçən "Nissan" markalı avtomobilə, ardınca isə "Mercedes"ə çırpılıb. Sonuncu avtomobil də öz növbəsində işıqforun dirəyinə dəyib. Qəza nəticəsində Fərid Hüseynov və Klim adlı xarici ölkə vətəndaşı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hər üç avtomobil deformasiyaya uğrayıb. Azadlıq prospektində maşınların sıxlığı yaşanıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Qəzanın dəqiq səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi