Yuxarı

Bakıda marşrut avtobusunda soyğunçuluq edən şəxs tutulub

Faktla bağlı araşdırmalar davam etdirilir

Bakı. 7 yanvar. REPORT.AZ/ Bakıda marşrut avtobusunda soyğunçuluq edən şəxs tutulub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 5-də axşam saatlarında 40 saylı xətt avtobusunda Quba rayon sakini, 1993-cü il təvəllüdlü Artyom Əliyev Bakı şəhər sakini 1971-ci il təvəllüdlü Elnur Məhərrəmovun soyğunçuluq yolu ilə 50 manat pulunu taladığı üçün tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi