Bakıda marşrut avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Bakıda marşrut avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var Bu gün səhər saat 8 radələrində “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 JL 290 DQN) avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
157
25 Yanvar , 2020 10:17
Bakıda marşrut avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Bu gün səhər saat 8 radələrində “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 JL 290 DQN) avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“Report” bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan avtobusun qarşısına əks istiqamətdə hərəkət edən VAZ 2107 markalı minik avtomobili çıxıb. Toqquşmadan yayınmaq üçün avtobusun sürücüsü manevr etmək istəsə də yol sürüşkən olduğundan nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtobus yoldan kənara çıxıb.

Qeyd edək ki, qəza nəticəsində sərnişinlərdən bir neçə nəfərin yüngül xəsarət aldığı bildirilir. 

Son xəbərlər

Orphus sistemi