Bakıda marşrut avtobusu qəza törədib - FOTO

Bakıda marşrut avtobusu qəza törədib - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
24 iyul 2017 15:08
Bakıda marşrut avtobusu qəza törədib - FOTO
Report.az

Bakı. 24 iyul. REPORT.AZ/ Bakıda sərnişin avtobusu qəza törədib. 

"Report"un məlumatına görə, "Bakubus" MMC-yə məxsus 99-JX-198 dövlət qeydiyyat nişanlı 2 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu Süleyman Rüstəm küçəsindən Füzuli küçəsinə dönmə əmliyyatı həyata keçirəkən onunla paralel hərəkət edən 90-DA-333 dövlət nömrə nişanlı "Chevrolet cruze" markalı minik avtomobilinə çırpılıb. 

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi