Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanılıb
Hadisə
- 12 aprel, 2026
- 12:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, paytaxtın Nəsimi, Yasamal və Binəqədi rayonlarında yerləşən üç marketdən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən talama cinayətlərini törətməkdə şübhəli bilinən G.Rzayev, T.Poladov, O.Səfərov, Ç.Quliyev və A.Cəfərzadə müəyyən olunaraq saxlanılıblar. Onların marketlərdən əsasən tütün məmulatları və spirtli içkilər oğurlayaraq digər mağazalara dəyərindən ucuz qiymətə satdıqları məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
13:25
Əməkhaqqı və digər ödənişlər vahid elektron mexanizmə keçirilə bilər
Maliyyə
13:23
Yanvar-sentyabr aylarında Gürcüstandan 143 Azərbaycan vətəndaşı deportasiya edilib
Region
13:23
Kənan Kərimzadə: Peşə təhsili sahəsində təhsil alanların sayı 5 ildə 28 mindən 52 minə qalxıb
Elm və təhsil
13:15
Video
44 günlük Zəfərin pilotu: İlk tullanışdan sonra atama sizin qisasınızı aldıq dedim - Müsahibə
Hərbi
13:14
Azərbaycanda aqrar sektor üzrə vergi güzəştlərinin büdcəyə xalis təsiri açıqlanıb
ASK
13:11
Foto
Azərbaycan stolüstü tennisçiləri Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
Fərdi
13:07
Nazir müavini: "PeşəFest 2026"da 176 minə yaxın iştirakçı peşələrlə yaxından tanış olub
Sosial müdafiə
13:05
Foto
Milli Süni İntellekt Mərkəzinin baş direktoru "Oxford Insights"a Azərbaycanın süni intellekt sahəsində inkişaf prioritetləri barədə danışıb
İKT
13:03
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
Sağlamlıq