Bakıda marketin seyfindən 6000 manat oğurlanıb

Bakıda marketin seyfindən 6000 manat oğurlanıb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
5 Fevral , 2018 15:39
Bakıda marketin seyfindən 6000 manat oğurlanıb

Bakı. 5 fevral. REPORT.AZ/ Bakıda işlədiyi marketin seyfindən oğurluq edən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Yasamal rayonu ərazisindəki marketlərdən birinin müdiri 29-cu Polis Bölməsinə müraciət edərək oradakı seyfdən 6050 manatın oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluq hadisəsinin əvvəllər orada işləmiş şəxs tərəfindən törədilməsi müəyyən olunub.

Əməliyyat-axtarış tədbirləri ilə saxlanılan Xırdalan şəhər sakini Cavanşir Səfərov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi