Bakıda marketin kassasından pul aparıldı

Bakıda marketin kassasından pul aparıldı Bakıda marketdə soyğunçuluq hadisəsi baş verib.
Hadisə
30 İyul , 2020 09:35
Bakıda marketin kassasından pul aparıldı

Bakıda marketdə soyğunçuluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə iyulun 26-ı saat 13:30 radələrində Nərimanov rayonunun İ.Abışov küçəsində yerləşən marketlərin birində qeydə alınıb.

Belə ki, naməlum şəxs satıcını itələyərək, marketin kassasından 300 manat pul və bir qutu siqareti soyğunçuluq yolu ilə ələ keçirib.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü İsa Süleymanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi