Bakıda marketdən seyf oğurlanıb

Bakıda marketdən seyf oğurlanıb Bakıda marketdən seyf oğurlanıb.
Hadisə
16 Dekabr , 2019 13:03
Bakıda marketdən seyf oğurlanıb

Bakıda marketdən seyf oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 13-də rayon ərazisindəki marketlərin birindən içərisində 1800 manat olan seyfi və 1000 manat dəyərində tütün məmulatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əhmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin götürülüb.

Son xəbərlər

Orphus sistemi