Bakıda marketdən oğurluq edildi - FOTO

Bakıda marketdən oğurluq edildi - FOTO Bakıda marketdən oğurluq edən şəxs saxlanılıb.
Hadisə
7 Mart , 2020 23:14
Bakıda marketdən oğurluq edildi - FOTO

Bakıda marketdən oğurluq edən şəxs saxlanılıb.

"Report"un xəbərinə görə, hadisə bu gün saat 21:20 radələrində Suraxanı rayon ərazisində yerləşən "Ballı market"də qeydə alınıb.

Belə ki, naməlum şəxs marketdən 100 manat dəyərində 4 ədəd "Gillette" oğurlayıb.

Market rəhbərliyi hadisə ilə bağlı polis əməkdaşlarına müraciət edib.

Suraxanı Rayon Polis İdarəsinin Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində hadisəni törətməkdə şübhəli bilinən N.Qaragözov "isti izlər"lə müəyyən olunaraq saxlanılıb. O, aidiyyəti üzrə polis bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi