Bakıda marketdə yanğın olub - FOTO

Bakıda marketdə yanğın olub - FOTO Yanğın zamanı yaxınlıqdakı tibb mərkəzi də zərər çəkib
Hadisə
17 Avqust , 2017 23:38
Bakıda marketdə yanğın olub - FOTO

Bakı. 17 avqust. REPORT.AZ/ Bakıda yanğın hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində, saat 23 radələrində qeydə alınıb.

Qəsəbənin "D" yaşayış massivi ərazisindəki "Ballı market"də baş vermiş yanğın zamanı elektrik avadanlıqlarından biri alışıb və partlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Suraxanı Rayonu Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib və alovun qarşısı alınıb.

Yanğın zamanı yaxınlıqdakı tibb mərkəzi də zərər çəkib. Hadisə zamanı xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi