Bakıda marketdə satıcı xanıma qarşı quldurluq edən şəxs saxlanılıb

Bakıda marketdə satıcı xanıma qarşı quldurluq edən şəxs saxlanılıb Bakının Xətai rayonunda yerləşən marketlərdən birində satıcı işləyən xanıma qarşı quldurluq edilib.
Hadisə
28 Yanvar , 2023 12:37
Bakıda marketdə satıcı xanıma qarşı quldurluq edən şəxs saxlanılıb

Bakının Xətai rayonunda yerləşən marketlərdən birində satıcı işləyən xanıma qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, naməlum şəxs marketə daxil olaraq əlində olan bıçaqla satıcının həyat və sağlamlığı üçün təhlükə yaradacağı hədəsi ilə onun çantasından 185, kassadan isə 30 manat götürərək hadisə yerindən yayınıb.

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Hüseyn Məmmədov saxlanılıb. O, izahatında törətdiyi əməli etiraf edib.

Faktla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Hüseyn Məmmədov barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi