Bakıda marketdə satıcı işləyən qızı avtomobil vurub

Bakıda marketdə satıcı işləyən qızı avtomobil vurub Yaralı sürücünün köməkliyi ilə özəl klinikaların birinə yerləşdirilib
Hadisə
23 May , 2018 02:26
Bakıda marketdə satıcı işləyən qızı avtomobil vurub
Report

Bakı. 23 may. REPORT.AZ/ Bakı şəhərində marketdə satıcı işləyən qızı avtomobil vurub.

“Report” xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

"Bakı fəhləsi" kimi tanınan ərazidəki marketdə satıcı işləyən 1997-ci il təvəllüdlü Xədicə Zeynalova evə getmək üçün yolu keçərkən onu "Lexus" markalı minik avtomobili vurub. Yaralı sürücünün köməkliyi ilə özəl klinikaların birinə yerləşdirilib. Klinikanın həkimləri onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi