Bakıda mağazanın dam örtüyünü sökməklə oradan oğurluq edilib

Bakıda mağazanın dam örtüyünü sökməklə oradan oğurluq edilib Hadisəni törətməkdə şübhəli bilinən şəxs tutulub
Hadisə
2 İyun , 2017 11:55
Bakıda mağazanın dam örtüyünü sökməklə oradan oğurluq edilib

Bakı. 2 iyun. REPORT.AZ/ Bakıda mağazanın dam örtüyünü sökməklə oradan oğurluq edilib.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, iyunun 1-nə keçən gecə Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindəki mağazalardan birinin dam örtüyü sökülməklə 350 manat pul və tütün məmulatı oğurlanıb.

Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Bölməsi (PB) , Nizami RPİ 24-cü PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ceyhun Məmmədov tutulub.

Ətrafında aparılan tədbirlərlə onun həmin gün qəsəbə ərazisində bir köşkdən 30 manat pul və ərzaq məhsulları, habelə mayın 11-də və 22-də isə 2 mağazadan pul və ərzaq məhsulları oğurlaması da müəyyən edilib. 

Son xəbərlər

Orphus sistemi