Mağaza və avtomobildən 6200 manatlıq oğurluq olub
Hadisə
- 27 avqust, 2022
- 08:31
Bakıda mağaza və avtomobildən 6200 manatlıq oğurluq olub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir mağazadan 4000 manat dəyərində mobil telefonları və aksessuarları oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş R.Nəsirov saxlanılıb.
Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir avtomobildən 2200 dollar pul oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini əvvəllər məhkum olunmuş S.Əhmədov tutulub.
Hər iki faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
16:33
Foto
İsveçrə diplomatları İrandan Azərbaycana təxliyə olunub - YENİLƏNİB
Xarici siyasət16:26
"Qırmızı bülleten" ilə axtarılan 32 nəfər Türkiyəyə ekstradisiya olunub
Region16:01
Türkiyə və Azərbaycanın diplomatları Suriyada görüşüblər
Xarici siyasət15:54
Foto
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına yekun vurulub
Fərdi15:51
Yalan xəbərlərə görə ABŞ-də bəzi kanallar bağlana bilər
Digər ölkələr15:26
Qazaxıstanda referendumda iştirak 64,43 faiz təşkil edib – YENİLƏNİB-2
Region15:21
İranın 153 səhiyyə müəssisəsi zərbələrə məruz qalıb, ölən və yaralananlar var
Region15:18
Türkiyə 2 min kilometr məsafəli raket proqramı üzərində işləyir
Region15:12