Bakıda mağaza sahibi intihara cəhd edib

Bakıda mağaza sahibi intihara cəhd edib O, özünə çoxsaylı bıçaq xəsarətləri yetirib
Hadisə
23 Noyabr , 2016 17:14
Bakıda mağaza sahibi intihara cəhd edib

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakı sakini intihara cəhd edib.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonu , Mirəli Qaşqay küçəsi, ev 11 də qeydə alınıb.

Belə ki, 51 yaşlı Bayramov Əlövsət özünə çoxsaylı bıçaq xəsarətləri yetirib. Ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağırdır.

Qeyd edək ki, Ə.Bayramov yaşadığı evin yaxınlığında ərzaq mağazasının sahibidir.

Onun özünə qəsd etməsinin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi