Bakıda mağaza qəsdlə yandırılıb

Bakıda mağaza qəsdlə yandırılıb Bakıda mağazanı qəsdlə yandıran şəxslər tutulub.
Hadisə
24 Aprel , 2020 12:00
Bakıda mağaza qəsdlə yandırılıb

Bakıda mağazanı qəsdlə yandıran şəxslər tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, aprelin 23-də saat 1 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki mağazalardan biri qəsdən yandırılaraq sahibinə 7 500 manat dəyərində maddi ziyan vurulub.

1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.AğayevS.Qəmbərov saxlanılıblar.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi