Bakıda London taksisi piyadanı vurub - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda London taksisi piyadanı vurub - FOTO - VİDEO - YENİLƏNİB Sürücü inzibati məsuliyyətə cəlb olunub
Hadisə
23 İyun , 2018 15:00
Bakıda London taksisi piyadanı vurub - FOTO - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub. 


*** 00:45

Bakı. 23 iyun. REPORT.AZ/ Bakının Nizami rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, metronun Koroğlu stansiyasının yaxınlığında Heydər Əliyev prospektini piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçmək istəyən 1992-ci il təvəllüdlü Əliyev Rasim Söhbət oğlunu London taksisini idarə edən Səfərov Şirməmməd Nəzir oğlu vurub.

Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb. Sürücü piyadanın vəziyyətinin ağır olduğunu görərək, ətrafdakıların köməyi ilə onu 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırıb.

Yaralı cərrahi əməliyyat olunub. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları sürücünün izahatını alıb. O, inzibati məsuliyyətə cəlb olunub.

Avtomobil cərimə meydançasına yerləşdirilib.

FOTO: Ruslan Məmmədov

Son xəbərlər

Orphus sistemi