Bakıda "London taksisi" gənc oğlanı vurub, onun hər iki ayağı sınıb

Bakıda "London taksisi" gənc oğlanı vurub, onun hər iki ayağı sınıb Onun vəziyyəti orta-ağırdır
Hadisə
30 Mart , 2018 08:23
Bakıda London taksisi gənc oğlanı vurub, onun hər iki ayağı sınıb

Bakı. 30 mart. REPORT.AZ/ Sabunçu rayonunda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Quliyev Elçin Mədət oğlu yolu keçmək istəyərkən onu "London taksisi" vurub. Yaralı taksi sürücüsü tərəfindən 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Həkimlərin verdiyi məlumata görə, vurulan piyadanın hər iki ayağında açıq sınıq aşkarlanıb. Yaralı cərrahi əməliyyat olunub. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Orphus sistemi