Bakıda Lokomotiv deposu ərazisində mərmi aşkar edilib
Hadisə
- 02 iyul, 2021
- 11:29
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Lokomotiv deposunun ərazisində polis əməkdaşı tərəfindən mərmi aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-dən "Report"un məlumatına görə, məlumat əsasında dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən tapılan sursatın döyüş tətbiqinə yararlı bir ədəd 23 mm-lik zenit mərmisi olduğu müəyyən edilib. Aşkar edilmiş sursat zərərsizləşdirilməsi üçün pirotexniklər tərəfindən müvafiq qaydada ərazidən götürülüb.
Hadisə yerinə və ətraf əraziyə təkrar baxış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Son xəbərlər
09:46
Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar
Digər ölkələr09:44
Din Henderson "Kristal Pelas"la yaxşılaşdırılmış şərtlər qarşılığında yeni müqavilə imzalayacaq
Futbol09:42
Foto
"SABAH.city" texnologiya şirkətləri, universitetlər və elmi qurumlar arasında sinerji yaradacaq
İKT09:41
"Bank Respublika" sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Maliyyə09:36
Hakan Fidan TÜRKPA Baş katibini qəbul edib
Xarici siyasət09:29
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
Energetika09:17
Bakıda tarixi-dini abidələrin qorunması mövzusunda konfrans keçiriləcək
Daxili siyasət09:09
UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür
Futbol09:01