Bakıda liftin qapıları arasında sıxılan şəxs ölüb

Bakıda liftin qapıları arasında sıxılan şəxs ölüb Bakı sakini liftdə baş vermiş bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə
29 Sentyabr , 2015 22:58
Bakıda liftin qapıları arasında sıxılan şəxs ölüb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda bir nəfər texniki nasazlıq səbəbindən liftin qapıları arasında sıxılaraq ölüb.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, xilasedicilər liftin qapısını açaraq 1964-cü il təvəllüdlü Həşimov Bəylər Yasin oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:51-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi