"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, paytaxtın Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
FHN-nin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər liftin qapısını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.