BAKI. 31 yanvar. REPORT.AZ/ Bakının Yasamal rayonunda liftində 3 nəfərin köməksiz vəziyyətdə qalıb.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
FHN-in hadisə yerinə cəlb olunmuş xilasediciləri liftin qapısını açaraq vətəndaşların oradan çıxmasına şərait yaradıblar. Əməliyyat saat 21:29-də başa çatıb.