Bakı. 14 noyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda bir nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Report-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, xilasedicilər lifti 4-cü mərtəbəyə qaldırıb, qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.