Bakı. 30 noyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, xilasedicilər 9-cu mərtəbədə dayanmış lifti 7-ci mərtəbəyə endirib, qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.