Bakıda liftdə iki qadına qarşı quldurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda liftdə iki qadına qarşı quldurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub Bakı. 9 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda liftdə iki qadına qarşı quldurluq etməkdə təqsirləndirilən 1990-cı il təvəllüdlü Şəhriyar Əlizadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
9 İyul , 2018 11:42
Bakıda liftdə iki qadına qarşı quldurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
0 : 00
0 : 00

Bakı. 9 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda liftdə iki qadına qarşı quldurluq etməkdə təqsirləndirilən 1990-cı il təvəllüdlü Şəhriyar Əlizadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Prokuror çıxışında Ş.Əlizadənin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Bakının Nizami rayonu Qara Qarayev prospektində yerləşən binalardan birinin girişində naməlum şəxs və ya şəxslər Bakı şəhər sakinləri Vüsalə Saramanova və Elnarə Mikayılovaya ağır bədən xəsarəti yetiriblər.

Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Ş.Əlizadə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma zamanı qeyd edilən cinayətin törədilməsində Ş.Əlizadə ilə birlikdə qeyri-rəsmi nikahda yaşayan və zərərçəkənlərin rəfiqəsi olan Elyanora Osmanovanın da iştirak etdiyi məlum olub. Həyata keçirilən əlavə tədbirlə nəticəsində E.Osmanova da saxlanılıb, lakin sonradan sərbəst buraxılıb. O, cinayət işinin istintaq dövründə şahid qismində dindirilib.

Ş.Əlizadə isə özünü təqsirli bilmədiyini deyib. O, E.Osmanova ilə yaxın münasibətlərinin olduğunu etiraf edib. Söyləyib ki, cinayət işində zərərçəkmiş qadınlar E.Osmanovanın rəfiqələridir və hazırda da eyni barda işləyirlər.

Ş.Əlizadə barəsində əvvəlcə Cinayət Məcəlləsinin (CM) 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra bu maddə CM-nin 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddəsinə tövsif edilib.

Son xəbərlər

Orphus sistemi