Bakıda Küveyt səfirliyinin avtomobili qəzaya uğrayıb, xəsarət alanlar var

Bakıda Küveyt səfirliyinin avtomobili qəzaya uğrayıb, xəsarət alanlar var Bakıda Küveytin Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya uğrayıb.
Hadisə
8 Oktyabr , 2019 15:13
Bakıda Küveyt səfirliyinin avtomobili qəzaya uğrayıb, xəsarət alanlar var

Bakıda Küveytin Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya uğrayıb.

"Report"un xəbərinə görə, hadisə Kövkəb Səfərəliyeva küçəsində baş verib.

1961-ci il təvəllüdlü Mehman Soltanov idarə etdiyi 90 RT 164 dövlət nömrə nişanlı “Daewoo” markalı avtomobillə qarşısında hərəkətdə olan 1971-ci il təvəllüdlü Camal Sultanovun idarə etdiyi “Toyota” markalı nəqliyyat vasitəsinə çarpılıb.

Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb.

Qəzaya uğrayan "Toyota" Küveyt dövlətinin Azərbaycandakı səfirliyinə məxsus xidməti avtomobildir.

Son xəbərlər

Orphus sistemi