Bakıda kütləvi dava zamanı 1 qadın və 2 kişi bıçaqlanıb

Bakıda kütləvi dava zamanı 1 qadın və 2 kişi bıçaqlanıb Bakıda bıçaqlanma ilə nəticələnən kütləvi dava olub.
Hadisə
608
7 İyun , 2021 00:43
Bakıda kütləvi dava zamanı 1 qadın və 2 kişi bıçaqlanıb
0 : 00
0 : 00

Bakıda bıçaqlanma ilə nəticələnən kütləvi dava olub.

“Report” xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Buzovna qəsəbəsi, M.Lermontov küçəsində bir neçə nəfər arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı 45 yaşlı Seyidova Elnarə Mirağa qızı, 26 yaşlı Əliyev Əbdülkərim Vaqif oğlu və 24 yaşlı Bağırov Fikrət Qüdrət oğlu bıçaq xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşınları vasitəsilə xəstəxanalara yerləşdiriliblər. Müayinə zamanı onların hər üçünün bədənində çoxsaylı kəsilmiş-deşilmiş yaralar aşkarlanıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi