Yuxarı
    Bağlamaq

    Bakıda kütləvi dava düşüb, 32 yaşlı kişi bıçaqlanıb

    Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır

    Bakı. 14 fevral. REPORT.AZ/ Bakıda kütləvi dava düşüb. Hadisə zamanı 32 yaşlı kişiyə 4 bıçaq zərbəsi vurulub.

    "Report"un xəbərinə görə, hadisə Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsində qeydə alınıb.

    Belə ki, 1985-ci il təvəllüdlü Hüseynov Cəlal İsmayıl oğlu tanımadığı şəxslər tərəfindən döyülüb. Dava zamanı C.Hüseynova 4 bıçaq zərbəsi vurulub. Ağır xəsarət alan C.Hüseynov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

    Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi