Bakıda kürəkən qaynatasının evini atəşə tutub
Hadisə
- 15 iyul, 2022
- 06:32
Bakıda kürəkən qaynatasının evini atəşə tutub.
Daxili İşlər Nazirliyindən "Report"a bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə iyulun 12-də Müşfiqabad qəsəbəsində yaşayan B.Hudamovun evinin divarına ov tüfəngindən 2 dəfə atəş açılması barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla bu əməlin B.Hudamovun kürəkəni, Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş F.Dəmirovun xuliqanlıq zəminində törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində F.Dəmirov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 7 ədəd patron götürülüb.
Araşdırma aparılır.
Son xəbərlər
18:29
Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
Daxili siyasət18:22
Foto
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
Energetika18:17
Foto
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Xarici siyasət18:06
"LANDAU Lions" komandasının baş məşqçisi Erhan Toker: "Matçdan razı, nəticədən narazı qaldım"
Komanda17:56
Azərbaycan əməyin təhlükəsizliyi üzrə yeni dövlət standartları qəbul edib
Biznes17:55
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olunub
Hadisə17:54
Qrono Kostanyanla Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə edib
Region17:50
MKA: "TikTok"da ödəniş sistemlərini təqlid edən saytlar aşkarlanıb
İKT17:48